AzMİU-da “Maliyyə savadlılığı” layihəsi çərçivəsində onlayn təlim başlayıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə onlayn təlimə start verilib. “Maliyyə savadlılığı” layihəsi çərçivəsində olan təlim Azərbaycan Respublikası Mərkəzi Bankının Təlim Mərkəzi ilə birgə keçirilir. Onu da qeyd edək ki, təlim əsasən “biznesin idarə edilməsi” və “menecment” ixtissları üzrə bakalavr təhsili səviyyəsində təhsil alan tələbələr, magistrlər, doktorantlar və gənc müəllimlər üçün nəzərdə tutulub.
Zoom proqramı vasitəsi ilə keçirilən təlim 2 gün davam edəcək.
20-11-2020