AzMİU-nun Elmi Şurasının üzvləri ölkə prezidentinə müraciət ediblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmi Şurasının bu günlərdə keçirilən iclasında Şura üzvləri ölkə Prezidentinə müraciət ünvanlayıblar. Müraciətdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Müzəffər Ali Baş Komandan!
Vətənimizin ərazi bütövlüyü naminə aparılan Vətən müharibəsində suveren
dövlətimizin sərhədlərini bərpa etməniz və erməni işğalçıları üzərində möhtəşəm
qələbəmiz münasibəti ilə Sizi ürəkdən təbrik edirik! Milli qürurumuzu, iftixar
hissimizi özümüzə qaytardığınız üçün, bu tarixi qələbəni, bu gözəl anları xalqımıza
yaşatdığınız üçün Sizə sonsuz təşəkkürlərimizi və dərin minnətdarlığımızı
bildiririk.
Uzaqgörən siyasətiniz, polad iradəniz, bilavasitə rəhbərliyiniz sayəsində igid
qardaşlarımız, yenilməz Ordumuz tarixi torpaqlarımızı erməni işğalından azad etdi,
onillər boyu məruz qaldığımız vəhşiliklərin intiqamını aldı. Bu zəfərlərin əldə
edilməsi Sizin düşünülmüş və uzaqgörən siyasətinizin, qətiyyətli addımlarınızın
bariz nümunəsidir. Haqq-ədalət yolunda aparılan mübarizəmizdə Ali Baş
Komandan olaraq Sizə daim güvənmişik. Universitetin rektorluğu, ictimai
təşkilatları, professor-müəllim heyəti və tələbələri ərazi bütövlüyümüzün bərpası
üçün həyata keçirdiyiniz xidmətlərinizi böyük minnətdarlıq hissi ilə yüksək
qiymətləndirir.
Sizə bildirmək istəyirik ki, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış
Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsindən müəlliminə qədər
hamımız bir nəfər kimi böyük şərəf və qürurla düşmən tapdağından təmizlənmiş
ərazilərimizdə aparılacaq quruculuq işlərində, memarlıq irsimizin bərpasında öz
xidmətimizi göstərməyə həmişə hazırıq.
Əziz prezidentimiz!
Uca Tanrıdan Sizə möhkəm cansağlığı və Vətənimizin şanlı tarixini
yazdığınız bu günlərdə davamlı uğurlar arzulayırıq.

Hörmətlə,
Azərbaycan Memarlıq və İnşaat
Universitetinin Elmi Şurasının sədri Gülçöhrə Məmmədova

 

12-11-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]