AzMİU-nun prorektoru İsrafil Məmmədov: Əziz Prezidentimiz xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardı


Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-u Qələbə Günü kimi taleyimizə yazıldı, yaddaşımıza əbədi həkk olundu. Xalqımız bu tarixdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə zəfər tarixini yazdı. Əziz Prezidentimiz xalqımızın milli qürurunu, qələbə ruhunu özünə qaytardı.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru, texnika elmləri namizədi İsrafil Məmmədov deyib. O bildirib ki, Prezident, Müzəffər Ali Baş Komanda İlham Əliyev 44 gün ərzində Azərbaycanın gücünü, qüdrətini Ermənistana göstərdi, işğalçı dövlətin rəhbərliyinə unutmayacağı dərs verdi. Otuz illik nisgilimiz möhtəşəm qələbəmizlə başa çatdı. Xalqımızın illərdir gözlədiyi bu zəfəri Müzəffər Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun şücaəti sayəsində qazandıq. Bu qələbənin memarı möhtərəm Prezidentimiz və Azərbaycan Ordusunun qalib əsgərləridir.

Dövlətimizin başçısının düzgün siyasi strategiyası, uğurlu diplomatiyası və iqtisadi gücümüz bizə qələbə sevincini yaşadır. Bəli, noyabrın 10-u tarixi gündür. Xoşbəxt insanlarıq ki, bu tarixi günləri yaşayırıq. Bu qələbəyə görə dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm. Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandandın ətrafında bir yumruq kimi birləşib. Bundan sonra da birliyimiz, qələbələrimiz daimi və davamlı olsun! Yaşasın Azərbaycan!

11-11-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]