Professor Zakir Musayev: Azərbaycanın son 200 illik tarixinə ilk dəfə Böyük Zəfər Günü yazıldı


Bakı, 10 noyabr, AZƏRTAC

     Azərbaycanın şanlı ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı erməni terrorçularından azad etməklə öz sözünü dedi, gücünü dünyaya göstərdi. Xalqımızın zəif, unutqan olmadığını, vaxtı gələndə haqqını tələb etməyə qadir olduğunu sübut etdi. Azərbaycanın son 200 illik tarixinə ilk dəfə Böyük Zəfər Günü yazıldı, Azərbaycan xalqının kimliyini, onun dövlətinin gücünü, nüfuzunu dünyaya bəyan etdi.

    Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlıq və İnşaat Universitetnin Su təsərrüfatı və mühəndis kommunikasiyaları sistemi fakültəsinin dekanı, professor Zakir Musayev deyib.

   “Bu gün əldə etdiyimiz uğurların əsasını ulu öndər Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycanın sülhsevərliyi qədər də mübariz və döyüşkən olan Azərbaycan Ordusu təşkil edir. Eşq olsun şanlı Azərbaycan Ordusuna! Yaşasın suveren və müstəqil Azərbaycan Respublikası! Biz Sizinlə fəxr edirik Müzəffər Ali Baş Komandan! Azərbaycan xalqı yekdilliklə Sizin yanınızdadır. Qələbəmiz mübarək olsun! Qarabağ Azərbaycandır!”, - deyə professor bildirib.

11-11-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]