Elmi Şuranın iclası keçirilib
Bu gün Azərbaycn Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası olub. İclası giriş sözü ilə açan Şuranın sədri, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırıb. Gündəliyə keçməzdən əvvəl rektor son günlər ali baş komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun cəbhədə həyat keçirdiyi irimiqyaslı döyüş əməliyyatlarından, rayon və kəndlərimizin işğaldan azad olunmasından, Ermənistanın Gəncədə, Bərdədə törətdiyi terrorlardan danışıb. G.Məmmədova erməni vəhşiyinin qurbanı olan, terror nəticəsində həlak olan həmvətənlərimizin yaxınlarının dərdinə şərik olduğumuzu bildirib, beynəlxalq hüquq normalarını, humanitar atəşkəs rejimini pozan ermənilərin layiqli cavabının qəhrəman əskərlərimiz tərəfindən döyüş meydanında layiqincə verildiyini vurğulayıb.
Rektorun çıxışından sonra gündəlikdə duran məsələlər müzakirə olunub, Qəbul komissiyasının müdiri Surxay Əliyev 2020-ci ildə keçirilən qəbul imtahanları, universitetə qəbulun nəticələri ilə bağlı geniş hesabatla çıxış edib. Elmi Şuranın iclası müzakirələrlə davam edib.