Amerikadan Azərbaycana dəstək!
Amerika Birləşmiş Ştatlarının Florida ştatının Mayami şəhərində bir qrup azərbaycanlı tərəfindən yaradılan və 100-ə yaxın həmvətənlimizi özündə birləşdirən “Florida Azərbaycanlıları Cəmiyyəti”nin fəalları okeanın o tayında ölkəmizin bu çətin və şərəfli günlərində dəstək aksiyaları və mütəmadi petisiyalar həyata keçirir, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırırlar. Mayami şəhərinin əsas prospekt və meydanlarında, minlərlə insanın hərəkət etdiyi yerlərdə “Qarabağ Azərbaycandır” kimi dəstək posterləri yayımlanır. Sözügedən cəmiyyətin təsisçilərindən olan AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də Cəmiyyətin fəaliyyətində yaxından iştirak edir. F. Əliyevin erməni terroruna qarşı və torpaqlarımızın azad olunması uğrunda hazırlanan petisiyanın yaranmasında və dəstəklənməsindəki rolu ilə əlaqədar ABŞ Konqresinin senatoru Debbi Vassermann Şults tərəfindən ona aktiv fəaliyyətinə və məsələyə münasibətinə görə təşəkkür məktubu ünvanlanmışdır.
Video materiala birbaşa keçid: https://www.youtube.com/watch?v=Ct7IhGzR8RM