AzMİU-da müəllimlər üçün 1 həftəlik PBL üzrə təlimlər keçirilir
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) müəllimlər üçün innovativ tədris metodu olan PBL üzrə təlimlərə start verilib. Təlimin ilk günü Niderlandın Maastricht Universitetinin professoru Wim Groot tərəfindən aparılıb. Ümumilikdə 30 nəfər müəllim heyəti təlimlərə cəlb olunub. Qeyd edək ki, həmin müəllimlər öz pilot qruplarında artıq PBL metodundan istifadə edirlər.
Məlumat üçün qeyd edək ki, PBL innovativ tədris metodu kimi dərslərin daha çox praktiki bacarıqlar əsasında keçirilməsini təmin edir. Ənənəvi mühazirə metodundan daha effektiv olan bu metodun tədris sistemimizə inteqrasiyası üçün davamlı olaraq işlər görülür.
26-10-2020