Təhsil naziri ermənilərin atəşi nəticəsində həlak olan məktəblidən yazdı


    

    "Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub".
     Bunu  Təhsil naziri Emin Əmrullayev öz facebook hesabında paylaşıb.
     Nazir qeyd edib ki, həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi.
     "Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!"    

 #StopArmenianAggression
#ArmeniaKillsCivilians
#StopArmenianTerrorism
 

28-10-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]