AzMİU əməkdaşlarından 11-nin məqaləsi impakt faktorlu jurnallarda dərc edilib


       2020-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 11 əməkdaşının məqaləsi Web of Science  platformasına daxil olan impakt faktorlu  jurnallarda dərc edilib. AAK-nın tövsiyyə etdiyi siyahıya daxil olan jurnalda məqalələr ingilis dilində nəşr olunub. Onlardan bəzilərinin adlarını təqdim edirik. 
       AzMİU-nun Fizika kafedrasının müdiri, fizika elmlər doktoru, professor AdilAbdullayevin  “The study of temperature regimes of a pipe wall under turbulent regime and supercritical pressures” (Kritikdən aşağı təzyiqdə boru daxilində mayenin istilik köçürmə qabiliyyətinin öyrənilməsi)məqaləsi   INTERNATIONAL JOURNAL OF MODERN PHYSICS B impakt faktorlu jurnalda,  Ali riyaziyyat kafedrasının müdiri,  fiika-riyaziyyat elmləri doktoru, professor Fuad Lətifovun  “Free Vibrations of Heterogeneous Orthotropic Cylindrical Shells Reinforced by Annular Ribs and Filled by Fluid” (Halqalarla möhkəmləndirilmiş qeyri-bircins , ortotrop silindrik qabığın hərəkət edən maye ilə birlikdə sərbəst rəqsləri) məqaləsi JOURNAL OF APPLIED MECHANICS AND TECHNICAL PHYSICS-də dərc edilib. Memarlıq doktoru, professor Nərgiz Abdullayevanın “Town-planning Organization of the Baku Industrial Region: 19th-20th Centuries” (“Bakı sənaye rayonun şəhərsalma formalaşmasının ilkin şərtləri: 19 – 20 ci əsrlər”) adlı məqaləsi PROBLEMY EKOROZWOJU jurnalında yer alıb.  
       Universitetin Azərbaycan dili və pedaqogika kafedrasının müdiri, dosent Salatın Əhmədovanın “Hıstorıcıty and humanıty ın Heydar Aliyevs literary and theoretical heritage” (“Heydər Əliyevin ədəbi və nəzəri irsində tarixilik və insanlıq”) adlı məqaləsi isə nüfuzlu REVISTA GENERO & DIREITO jurnalında çap olunub. 

09-10-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]