İtaliya-Azərbaycan Dizayn Mərkəzi yeni müsabiqə elan edir


         Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzi universitetin Magistratura mərkəzi üçün yeni loqonun tərtibatı üzrə müsabiqə elan edir. Məqsəd Magistratura mərkəzi üçün yeni, müasir, orijinal və yaddaqalan bir loqotip yarat¬maqdır. Tərtib olunan loqolar Magistratura mərkəzinin əsas fəaliyyət istiqa¬mət¬lə¬rinin məzmununu əks etdirməlidir. Müsabiqədə iştirak etmək üçün AzMİU-nun bütün tələbə və müəllim heyəti dəvət olunur. Burada həm fərdi, həm də yaradıcı kollektivlərin tərkibində bakalavr və magistr tələbələri tərəfindən görülən işlər təqdim oluna bilər. 

          Müsabiqə üçün materiallar ağ-qara və ya tamrəngli, 1280x960-dan çox olmayan ölçüdə, *jpg və ya *png (*bmp;) formatlı elektron rəsm olmalıdır. Əllə çəkilmiş işlər də qəbul oluna bilər. Bununla belə loqoların tərtibatında insanların təsvirləri və fotoları və ya üçüncü şəxslərin müəllif hüquqlarını pozan mövcud loqotiplərin elementlərindən istifadə etmək olmaz.

          Qalib loqonun müəllifi Magistratura mərkəzinə əvvəlcədən razılaşdırılmadan şəkillərdən qeyri-kommersiya, internetdə istifadə və ya gələcəkdə hər hansı bir atributika, afişa, broşür və digər məlumat və videomaterialların istehsalında istifadə etmək hüquqlarını verir. Bununla belə müsabiqənin qalib loqosunun mərkəzin loqotipi kimi qəbul olunmaması da istisna deyil.

          İştirakçılar 01 dekabr 2020-ci il tarixinə qədər işlərini təqdim edə bilərlər. Müsabiqənin sonunda qalibə və eləcə də iştirakçılara AzMİU-nun Magistratura mərkəzi və İtaliya-Azərbaycan Dizayn Mərkəzi adından müvafiq sertifikatlar veriləcək.

Müsabiqənin koordinatoru:

Fərid Kərimov 
Telefon: (+994) 12 539 10 45 (5 96), 
[email protected]


 

09-10-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]