1-ci kursa qəbul olan tələbələr Universitetimizlə tanış olur

        Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan 1-ci kurs tələbələrinin universitetlə  tanışlığı başlayır. Tələbələr növbəli şəkildə AzMİU-ya  gələrək zəruri sənədləri qəbul olduqları dekanlığa təqdim edirlər. Onlar fakültələrinin yerləşdiyi korpusu gəzir, dərs otaqları,  ənənəvi və elektron kitabxana bazası, laboratoriyalar, universitet nəzdində yaradılan mərkəzlərlə tanış olurlar.

       Tədris işləri üzrə prorektor Akif Qasımov və fakültə dekanları ilə keçirilən görüşlərdə isə universitetin geniş imkanlarından danışılır, ixtisaslar, elektron universitet sistemi, kredit təhsil sistemi, imtahanların keçirilməsi barədə məlumatlanırlar.  
        Qeyd edək ki, COVİD-19 pandemiyası ilə əlaqədar Universitet tərəfindən  tələbələrin təhlükəsizliyi üçün bütün profilaktik tədbirlər görülüb.  Binaya daxil olan tələbələrin  əvvəlcə elektron termometrlə bədən hərarətləri ölçülür, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra tibbi maska taxaraq içəri buraxılır. 

07-10-2020