Abituriyentlərin nəzərinə! AzMİU-da sənəd qəbulu onlayn keçirilir
Qeydiyyat linkinə sürətli keçid: http://bit.ly/azmiuqebul2020
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2020/2021-ci tədris ili üzrə I kursa daxil olmuş tələbələrin sənəd qəbulu prosesi online şəkildə həyata keçiriləcək. AzMİU-nun bakalavriat səviyyəsinə qəbul olmuş şəxslər Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi müddətdə sənədlərini elektron qaydada Universitetə təqdim etməlidirlər.
Ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyat prosesinin elektron qaydada keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemində qeydiyyat platforması yaradılıb. Bu məqsədlə birinci tədris ili tələbələrindən 25 sentyabr 2020-ci il tarixindən 7 oktyabr 2020-ci il tarixinədək AzMİU-nun rəsmi səhifəsinə (azmiu.edu.az) daxil olaraq, aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: http://bit.ly/azmiuqebul2020
Elektron qeydiyyat prosesində təhsil sisteminə daxil olan birinci tədris ili tələbələri sırasından olan sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr müəyyən ediləcək və həmin tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmayacaq.
Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.
Əlaqə:(012) 538 94 63 (Sənəd qəbulu komissiyası)
E-mail: [email protected]
Facebook: https://www.facebook.com/azerbaycan.memarliq.inshaat.universiteti
Onlayn qeydiyyatın aparılması üçün tələb olunan sənədlər
Universitetə qəbul olmuş hər bir abituriyent aşağıda qeyd olunan sənədlərin şəklini (keyfiyyətli və oxunaqlı formada) elektron qeydiyyatdan keçərkən yükləməlidirlər.
1. Tam orta təhsil haqqında sənəd –attestat, diplom.
2. Şəxsiyyət vəsiqəsi
3. Rəngli fotoşəkil 3x4 ölçüdə - 4 ədəd
4. Sağlamlıq haqqında arayış (forma 086)
5. DİM İş nömrəsi və şifrəsi
6. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (oğlanlar üçün)
7. Birinci kursun illik təhsil haqqının (ödənişli əsaslarla qəbul olmuş tələbələr üçün) ödənilməsi barədə qəbz
Eyni zamanda dərslər başlayanda aşağıdakı sənədlərin əsli universitetin Tədris hissəsinə təqdim edilməlidir.
1. Tam orta təhsil haqqında sənəd –attestat, diplom
2. Rəngli fotoşəkil 3x4 ölçüdə - 4 ədəd
4. Sağlamlıq haqqında arayış (forma 086)
Təhsil haqqi ödənişindən azad olunan imtiyazlı tələbələr
1. Məcburi köçkün statusu olan tələbələr (tələbənin özünün vəsiqəsi olmalıdır);
2. Şəhid ailəsi statusunu almış ailənin üzvü;
3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən və ya əlil olan vətəndaşların övladları;
4. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar;
5. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Təhsil haqqı ödənişindən azad olunan imtiyazlı tələbələr əlavə olaraq aşağıdakı sənədləri də yükləməlidirlər.
Eyni zamanda dərs başlayanda universitetin Tədris hissəsinə təqdim etməlidirlər.
I. Məcburi köçkün statusu olan tələbələr:
1. Tələbənin özünə aid məcburi köçkünlük vəsiqəsi (cari ilin sonunadək qeydiyyatdan keçirilmiş) əsli və notarial qaydada təsdiq olunmuş surəti
II. Şəhid ailəsinin üzvü olan tələbələr:
1. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
III. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:
1. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik vəsiqəsi (əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
III (a). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:
1. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
2. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
IV. Hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:
1. Notarial qaydada təsdiq olunmuş valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
2. Notarial qaydada təsdiq olunmuş valideynin əlillik haqqında vəsiqəsinin surəti və əlillik barədə arayış;
3. Notarial qaydada təsdiq olunmuş tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.
Qeyd: Ödənişdən azad edilmə 23 yaşınadək qüvvədədir.
Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.