Rektor AzMİU-nun Enactus komandasının üzvləri ilə görüşüb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova bu gün “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı”nın qalibləri olan universitet tələbələri ilə görüşüb. Rektor AzMİU komandasının üzvlərini və kapitan Nərminə Hüseynlini qazandıqları uğur münasibəti ilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Tələbələrin uğurlarını yüksək qiymətləndirən G.Məmmədova komanda üzvlərinə təşəkkürnamələr təqdim edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu və BP şirkətinin təşkilatçılığı ilə keçirilən “2020-ci il Enactus Azərbaycan Virtual Milli Yarışı”nda AzMİU-nun Enactus komandası 2-ci yeri qazanıb. Tələbələrimiz bu yarışda “Sehirli Naxışlar” brendi adı altında özündə milli obrazları və fərqli insan fiqurlarını cəmləşdirən və fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanan oyuncaqlar təqdim ediblər.
Yarışda respublikamızın 14 ali məktəbinin 700-dən çox tələbəsi iştirak edib.