AzMİU-nun tələbəsi RIBA-nın vebinarında iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 3-cü kurs tələbəsi Murad Mir-Zadə Britaniya Memarlarının Kral İnstitutu (RIBA) tərəfindən həyata keçirilən bir sıra vebinarlarda uğurla iştirak edib. Vebinarların sonunda Murad RIBA-nın tərəfdaşlığı ilə Britaniya Kraliyyət orderi ilə təsdiq olunmuş Qurumun sertifikatına layiq görülüb. Eyni zamanda o, RIBA-nın 2021-23-cü il üçün prezident seçkilərində səsvermədə və namizədlərlə onlayn görüşlərdə aktiv iştirak edib.
Xatırladaq ki, M.Mir-zadə bu ilin iyununda dünyada tanınan nüfuzlu və peşəkar bir qurum olan RIBA-ya ödənişsiz üzv seçilib.
16-09-2020