Azərbaycan Memarlıq və İnşaat Universiteti 2020-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir


Azərbaycan Memarlıq və İnşaat Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 2020-ci il tarixli, 493s nömrəli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublıkasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2020-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul Planına  əsasən 2020-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənədlər 25 sentyabr 2020-ci il tarixlərinədək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək qəbul ediləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılırlar.

Fəlsəfədən məqbul alan şəxslər ixtisas imtahanına buraxılırlar.

Doktoranturaya qəbul üçün sənədlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura şöbəsinə təqdim olunmalıdır:

 - elmi müəssisənin rektorunun adına ərizə;

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

 - iş yerindən xasiyyətnamə;

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağı bacaran və fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

 Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura şöbəsinə təqdim olunmalıdır:

 - ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

 - çap olunmuş elmi işlərin siyahısı;

 - fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan (tibbi təhsildə həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində  müəyyən müvəffəqiyyətləri olan və əsas iş yeri ali təhsil müəssisəsi, elmi müəssisə və təşkilat olan, azı iki il elmi və elmi-pedaqoji iş stajına malik elmi və elmi-pedaqoji kadrlar sənəd təqdim edə bilərlər.

 Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant ola bilməzlər.

 Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil ala bilməzlər.

 Dissertantlıq yolu ilə fəlsəfə doktoru elmi dərəcəsi almaq istəyən şəxslər xarici dildən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində (rus dili istisna olmaqla, seçim sərbəst və ya ixtisasa uyğun olmalıdır) Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzində imtahan verməlidirlər.

 Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbulla bağlı aşağıdakı sənədlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura şöbəsinə təqdim olunmalıdır:

 - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

- tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

 - çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 -  şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Dissertantlıq yolu ilə elmlər doktoru elmi dərəcəsi almaq üçün fəlsəfə doktoru elmi dərəcəsinin olması  əsas şərtdir.

 Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul üçün aşağıdakı sənədlər Azərbaycan Memarlıq və İnşaat Universitetinin doktorantura şöbəsinə təqdim olunmalıdır:

 - ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

 - kadrların şəxsi-qeydiyyat vərəqi;

 - tərcümeyi-hal;

 - 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

 - iş yerindən xasiyyətnamə;

 - əmək kitabçasından çıxarış;

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

 - fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

 - ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

 - şəxsiyyəti təsdiq edən sənədin surəti.

 Əlavə məlumat üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Doktorantura şöbəsinə müraciət etmək olar.

 Əlaqə telefonları: (+994 12) 539 07 86 

 

 Qeyd: Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd verən iddiaçılar xarici dil imtahanında iştirak etmək üçün sənəd qəbulu bitdikdən sonra Dövlət İmtahan Mərkəzinin saytında şəxsi kabinet açaraq qeydiyyatdan keçməlidirlər.

Xarici dildən imtahanlar müəyyən olunmuş proqram əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən  keçiriləcək.

      

 

Azərbaycan Respublikasə Təhsil Naazirliyi  Azərbaycan Memarlıq və İnşaat Universiteti 2020-ci il üçün cədvəldə göstərilmiş ixtisaslar üzrə doktorantura və dissertanturaya fəlsəfə və elmlər doktoru proqramları üzrə  qəbul elan edir

 

Elmi sahələri və ixtisasları

 

İxtisasın şifri

Fəlsəfə doktoru proqramı üzrə

Elmlər doktoru proqramı üzrə

     Doktoranturaya qəbul planı

Dissertanturaya qəbul planı

Dissertanturaya qəbul

Cəmi:

 

 

  O cümlədən

      Cəmi:

O cümlədən

Cəmi:

O cümlədən

Büdcə hesabına

Ödənişli əsaslarla

Büdcə hesabına

Ödənişli əsaslarla

Büdcə hesabına

Ödənişli əsaslarla

əyani

qiyabi

əyani

qiyabi

Texnika elmləri

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ekologiya (elm sahələri üzrə)

2426.01

1

1

 

 

 

 

 

 

 

 

 

İnşaat mexanikası

3305.02

3

1

1

 

1

1

1

 

 

 

 

Mühəndis kommunikasiya sistemləri

3305.05

2

 

1

1

 

 

 

 

 

 

 

İnşaat materialları və məmulatları

3305.07

2

 

1

 

1

 

 

 

 

 

 

Hidrotexniki tikinti

3305.08

2

 

1

1

 

1

1

 

1

1

 

Nəqliyyat qurğuları

3305.09

 

 

 

 

 

1

1

 

 

 

 

Sahə iqtisadiyyatı

5312.01

3

1

 

1

1

 

 

 

 

 

 

Memarlıq

 

 

 

 

 

 

 

 

 

 

 

 

Memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası

6401.01

1

 

1

 

 

 

 

 

1

1

 

Bina və qurğuların memarlığı

6404.01

1

 

1

 

 

1

1

 

 

 

 

Şəhərsalma, yaşayış məntəqələrinin planlaşdırılması, landşaft memarlığı.

6405.01

5

1

1

1

2

1

1

 

 

 

 

Cəmi:

 

20

4

7

4

5

5

5

 

2

2

 

 

Qəbul qaydaları haqqında məlumat AzMİU-nun Doktorantura şöbəsindən almaq olar. Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbulla bağlı sənədlər 25 sentyabr 2020-ci il tarixinədək hər gün (şənbə və bazar günləri istisna olmaqla ) qəbul ediləcək.

Ünvan: Bakı şəhəri, Ayna Sultanova küçəsi 11, AzMİU-nun əsas binası, 305-ci otaq. Doktorantura şöbəsi, telefon: (012) 539-07-86

     

                                                     

 

10-09-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]