Tələbələrimiz kəsir imtahanlarını uğurla verirlər

         Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin onlayn kəsir imtahanları uğurla davam edir. Avqustun 31-dən start götürən imtahanların sentyabrın 7-dək yekunlaşadırılacağı planlaşdırılır. Əsas sessiya bitdikdən sonra qiyabiçilərin və 25 faizlə yenidən imtahan vermək şansı olanların imtahanına start veriləcək, sessiya sentyabrın 15-nə qədər davam edəcək.

         AzMİU-nun Test imtahan bölməsinin rəhbəri Nigar Abbasovadan aldığımız məlumata görə, hazırda kəsir imtahahanları verən tələbələr iki qrupa bölünüb. 3197 nəfər texniki səbəblərdən yaz imtahan sessiyasında problem yaşayanlar, 1853 nəfər isə altdan dərs alan tələbələrdir. 2364 tələbə yazılı, 2676 nəfər isə test üsulu ilə toplam 271 fəndən onlayn imtahan verir. Onu da qeyd edək ki, gündəlik olaraq təxminən 500 tələbə kəsr imtahanına daxil olur

04-09-2020