AzMİU-da buraxılış işlərinin müdafiəsi müvəffəqiyyətlə başa çatıb


          2019/2020-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) bakalavriat səviyyəsində yekun dövlət attestasiyası buraxılış işlərinin onlayn müdafiəsi başa çatıb.  Məzunların hazırladığı təqdimatlar və çıxışlar qoyulan bütün tələblərə cavab verib,  454 tələbə buraxılış işini müvəffəqiyyətlə müdafiə edib. Onlardan 190-ı Memarlıq, 160-ı İnşaat, 56-sı Mexanika və informasiya texnologiyaları, 41-i Nəqliyyat, 7-i Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin məzunlarıdırlar.

          Buraxılış işlərinin müdafiəsi onlayn rejimdə ZOOM proqramı vasitəsilə keçirilib. Onlayn müdafiənin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan müdafiələr zamanı hər hansı bir problem yaranmayıb.  

          AzMİU-nun magistratura səviyyəsində isə müdafiələr hələ davam edir. 195 magistrantın dissertasiya işinin müdafiəsi nəzərdə tutulub. Hazırda magistr dissertasiyalarının müdafiəsinin 80   faizi yekunlaşıb. İyunun 27-dən start götürən dissertasiya müdafiələri də ölkədə koronavirus (COVİD-19) epidemiyasının yayılmasına qarşı aparılan tədbirlər planına uyğun olaraq onlayn formatda keçirilir.

 

08-07-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]