MAGISTRATURAYA SƏNƏD QƏBULUNUN QAYDALARI
Magistraturaya daxil olan bakalavrlar aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
- Diplomun surəti (bakalavr təhsilini əvvəlki illərdə bitirənlər);
- Cari ilin məzunları tərəfindən universiteti bitirdikləri haqqında arayış;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3/4 ölçüdə rəngli fotoşəkil;
- Ödənişli əsasla magistraturaya qəbul olunmuşlardan təhsil haqqını ödəmək haqqında qəbzin surəti.
- DIM-in səhifəsindən qəbul olduğu barədə çıxarış
İmtiyazlı bakalavrlar tərəfindən əlavə olaraq aşağıda qeyd olunan sənədlərin təqdim edilməsi mütləqdir:
1. Hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş bakalavrlar:
- şəxsiyyət vəsiqəsinin surəti;
- doğum haqqında şəhadətnamənin surəti;
- ölüm haqqında şəhadətnamənin surəti;
- valideynin əlillik haqqında sənədinin surəti.
*2. Məcburi köçkün olan bakalavrlar:
- özünün məcburi köçkün vəsiqəsinin surəti;
- özünün şəxsiyyət vəsiqəsinin surəti.
*3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr səviyyəsinə ödənişli əsaslarla qəbul olmuş I və II dərəcə əlilliyi olan şəxslərin özünün sənədlərinin surəti.
4. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətandaşların uşaqları (əlillik səbəbi göstərildiyi kimi olmalıdır):
- doğum haqqında şəhadətnamənin sürəti;
- şəxsiyyət vəsiqəsinin surəti;
- əlillik haqqında arayış.
5. Azərbaycan Respublikasının şəhid ailəsinin üzvü olan bakalavrlar:
- Şəhid ailəsi vəsiqəsinin surəti;
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
- Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
- 23 yaşı tamam olanakimi azad olunur.
Sənədlər 06.07.2020 - 15.07.2020-ci il tarixinədək qəbul edilir.
Qeyd: Karantin bitdikdən sonra magistrantlar – diplomların, imtiyazlı magistrantlar isə yuxarıda göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini və digər sənədləri Magistratura Mərkəzinə təqdim etməlidirlər.
Whatsapp: +994556530470