AzMİU-da onlayn imtahanlar uğurla davam edir

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) iyunun 16-dan başlayan yaz semestrinin onlayn imtahan sessiyası uğurla davam edir.

          AzMİU-nun İKT Mərkəzindən aldığımız məlumata görə, bu günə qədər 506 qrup üzrə 999 imtahan keçirilib ki, onlardan 690-ı test, 309-u yazılı formatda olub. Ümumilikdə 118 fənn üzrə onlayn imtahanlara 11985 tələbə qoşulub. Bu tələbələrdən 8282 nəfəri test, 3703 nəfəri isə yazılı imtahan verib. Bütün imtahan prosesi tədris işləri üzrə prorektor, dekanlar və İKT mərkəzində xüsusi təlim keçmiş 61 proktor tərəfindən izlənilib. İmtahanlarda iştirak edən tələbələrin müvəffəqiyyət göstəriciləri qənaətbəxş hesab olunub.
          Sessiya iyulun 20-də yekunlaşacaq.

03-07-2020