Tələbələrimiz online ingilis dili kurslarını uğurla başa vurub sertifikat aldılar

           Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi British Council  şirkətinin təşkil etdiyi online ingilis dili kurslarını müvəffəqiyyətlə başa vurublar.

           4 aydan artıq davam edən kurslarda ingilis dili səviyyələrini daha da inkişaf etdirən 19 tələbəmizə şirkətin Azərbaycan nümayəndəliyi tərəfindən sertifikatlar verilib. 3 tələbəmiz isə 2-ci sertifikat üçün online dərslərə davam edirlər.

           Məlumat üçün qeyd edək ki, British Counsil şirkəti mütəmadi olaraq dil səviyyələrini inkişaf etdirmək istəyənlər üçün belə imkanlar yaradır. Online dil kurslarından təkcə azərbaycanlı tələbələr deyil, MDB ölkələrində yşayan gənclər də yararlana bilir.  

29-06-2020