AzMİU-da magistr dissertasiyalarının müdafiəsi başlayıb

          Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura təhsil səviyyəsi üzrə magistr dissertasiyalarının onlayn müdafiəsinə start verilib. 27 iyun tarixində Ekologiya mühəndisliyi (5 nəfər), İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi (4 nəfər), İnşaat mühəndisliyi (15 nəfər) ixtisasları üzrə müdafiələr ilk dəfə olaraq “Zoom” platforması üzərindən online formatda keçirilib.

          İlk müdafiə günündə 24 magistrantın təqdimatı dinlənilib . AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri, İnşaat, Mexanika və informasiya texnologiyaları fakültələrindən məzun olacaq magistrantlar magistrlik dissertasiyalarını müvafiq ixtisaslaşdırılmış Elmi Şura qarşısında müdafiə edib. Tələbələr komissiya üzvləri tərəfindən verilən coxsaylı sualları cavablandırıblar. Şura üzvləri müdafiəsini müvəffəqiyyətlə tamamlayan magistrantları təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıblar.

          Xatırladaq ki, 2019/2020-ci tədris ilində 195 magistr tələbə dissertasiya işinin müdafiəsinə buraxılacaq.

28-06-2020