Nəqliyyat fakültəsində buraxılış işlərinin onlayn müdafiəsi uğurla davam edir


          Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsində Nəqliyyat tikintisi mühəndisliyi ixtisasını bitirən məzun tələbələrin buraxılış işlərinin onlayn müdafiəsi keçirilib. Onlayn rejimdə aparılan buraxılış işlərinin müdafiəsi ZOOM proqramı vasitəsilə keçirilir. Tələbələrin onlayn prezentasiyaları tərtibatı və təqdimatına görə Müdafiə Şurasını qane edib.

          Onlayn müdafiənin keçirilməsi üçün texniki təminat yüksək səviyyədə olduğundan proses zamanı hər hansı bir problem yaranmayıb. Qruplar üçün təyin edilmiş qrafik üzrə bu gün 12 tələbə müdafiəyə buraxılıb. Müdafiə edənlər arasında Azərbaycan və rus bölməsi ilə yanaşı, qiyabi təhsil alan tələbələr də olub. Buraxılış işlərinin müdafiəsi zamanı məzun tələbələrə müəyyən güzəştlər olunub və onlar işlərini uğurla müdafiə ediblər.

          Onu da qeyd edək ki, Nəqliyyat fakültəsində IV kursda təhsil alan tələbələrdən 41-i müdafiəyə buraxılır. Müdafiə prosesi iyunun sonuna qədər davam edəcək.

17-06-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]