AzMİU U-Multirank reytinq sistemində Azərbaycan universitetləri arasında öndədir

          Azərbaycan  Memarlıq və İnşaat Universiteti (AzMİU) bu il bir daha U-Multirank beynəlxalq reytinq sisteminə daxil olub. Universitetimiz Avropa ekspertləri tərəfindən qiymətləndirilərək 6 göstərici üzrə yüksək nəticə əldə edərək “A” kateqoriyasını alıb.

          Məlumat üçün qeyd edək ki, U-Multirank Avropa Birliyi tərəfindən yaradılan ən böyük beynəlxalq reytinq sistemidir. AzMİU 2015-ci ildən hər il ənənəvi olaraq bu reytinq sisteminə daxil olur. 2020-ci il üçün 92 ölkədən 1759 universitet bu bazaya daxil olmaq imkanı əldə edib. Universitetlər bu bazaya daxil olmaqla, tələbələrə, başqa universitetlərə, müəssisələrə həmin universitet haqqında daha geniş informasiya əldə etmək imkanı verir. Hər universitetin tədris və təlim fəaliyyətinin göstəricilərə əsaslanaraq, tələbələr onları maraqlandıran universitetlər haqqında asanlıqla geniş informasiya əldə edə bilirlər. Universitetlər ekspertlər tərəfindən “A” (çox yaxşı) və “E” (qeyri-kafi) kateqoriyaları üzrə qiymətləndirilir.

          Daha ətraflı məlumat: https://www.umultirank.org/study-at/azerbaijan-university-of-architecture-and-construction-rankings/

 

 

11-06-2020