Türkiyə səfirliyinin Təhsil Müşavirliyi AzMİU-nun türkiyəli tələbələri ilə onlayn konfrans keçirib
İyunun 9-da Türkiyənin ölkəmizdəki səfirliyinin Təhsil Müşavirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi tələbələrin təhsili dekanlığının təşkilatçılığı ilə universitetimizdə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyətini təşkil edən Türkiyə Cumhuriyyəti vətəndaşları ilə Zoom platforması vasitəsilə onlayn konfransı keçirilib.
Konfransda təhsil müşaviri Nihat Böyükbaş, AzMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva, Əcnəbi tələbələrin təhsili üzrə dekan Polad Sadıkov, Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova və türkiyəli tələbələr iştirak edib. Tələbələrə qarşıdakı imtahan sessiyasının təşkili və gedışatı barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.