AzMİU və Poltava Milli Texniki Universitetinin birgə keçirdiyi 3-cü Beynəlxalq Azərbaycan - Ukrayna elmi-praktik konfransı yekunlaşıb

          Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin birgə onlayn keçirdiyi “Building innavations – 2020 ” adlı 3-cü konfransı iki gündür davam edir.  Azərbaycan, Ukrayna, Qazaxıstan, Polşa və Hindistandan 300 iştirakçının qoşulduğu konfransda 157 məruzə dinlənilib.

          İyunun 1-də başlayan konfransda hər iki universitetin rektoru, professorlar Gülçöhrə Məmmədova və Vladimir Onişenko təbrik nitqi ilə açılış edib, iştirakçılara və konfransın işinə uğurlar arzulayıblar.     

          Plenar iclasda AzMİU-nun Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov və Poltava Politexnik Universitetinin professoru  Yuri Vinnikovun məruzələri dinlənilib. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans artıq yekunlaşıb.

02-06-2020