AzMİU-nun Elmi şurasının qərarı
AzMİU-nun 22 may 2020 –ci il tarixli Elmi şurasının qərar layihəsi
1. 2019/20 – ci ilin yay imtahan sessiyasına hazırlıq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" 18 may 2020-ci il tarixli 179 nəmrəli Qərarını və Azərbaycan Respublikasının Təhsil Nazırinin 20 may 2020-ci il tarixli 01-11-522/15 saylı məktubu nəzərə alınmaqla təhlil edilsin.
2. Sessiyanın tam obyektiv, şəffaf və pandemiya dövründə təhsilin xüsusiyyətini nəzərə alınmaqla keçirilməsi təmin edilsin.
3. Sessiya dövründə “ İmtahan zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktoriyasına dair ” METODİK GÖSTƏRİŞLƏR tam icra edilsin.
4. Yay imtahan sessiyası iki mərhələli iyun-iyul və sentyabr ayının əvvəlində keçirilsin.
5. Aralıq qiymətləndirmə yalnız imtahanda göstərilən biliklər əsasında 100 ballıq sistemlə aparılsın. KL-si olan fənnlərin aralıq qiymətləndirmədə 20 bala qədər layihənin yerinə yetirilməsinə, Kİ olan fənnlərin qiymətləndirilməsində isə 10 bala qədər kurs işinin yerinə yetirilməsinə ayrılsın.
6. Əvvəlki imtahan sessiyalarından fərqli olaraq ixtisas fənlərindən yazılı imtahanlar bir qayda olaraq şifahi-onlayn formasında keçirilsin.
7. Test üsulu ilə imtahanlar fənnin yalnız baza testləri əsasında (analoq və açıq testlər istifadə olunmadan) aparılsın. Yazılı imtahan biletlərinə məzmunun əsas və ən vacib hissəsini əhatə edən suallar salınsın. Bu zaman sualların sayı universitet rektorunun 02.04.2020-ci il tarixli 139/t-d əmrinə əsasən 25-30 %-dək azaldılsın.
8. Tələbələrin istəyi və müraciətləri olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) təhsil müəssisələri tərəfindən icmal mühazirələr (ödənişsiz əsaslarla) təşkil olunsun.
9. Buraxılış kurslarının tələbələrinin alt dərslərindən və təkrar imtahanlar 1.06 –14.06. 2020 –ci tarixlərində keçirilsin.
10. Bütün təkrar imtahanların ödənişsiz həyata keçirilməsi təmin edilsin.
11. Qiyabi təhsil formasında oxuyan (1-4 kurs) tələbələrin sessiyası sentyabr ayının 1-10-na qədər keçirilsin.
12. I-III kurs tələbələrinin təkrar və alt dərs imtahanları sessiyanın ikinci mərhələsində keçirilsin.
13. Təqaüd müsabiqələri sessiyanın ikinci mərhələsi başa çatdıqdan sonra yeni tədris ilinin əvvəlində, sentyabrın 20-nə qədər keçirilməsi təmin edilsin.
Yaranmış karantin vəziyəti ilə əlaqədar olaraq universitetin buraxılış kurslarında altdan dərslərin və təkrar imtahanların keçirilməsi, yekun attestasiyaların mövcud vəziyyətə uyğun yerinə yetirilməsi ilə bağlı AzMIU Elmi şürasının qərarı:
1. Universitetin Elmi şürasının qərarı ilə dövlət imtahanı yaxud buraxılış işi ilə yekunlaşan ixtisaslarda buraxılış işi yerinə yetirəcək tələbələrin öz arzusu ilə yekun attestasiyadan dövlət imtahanı formasında keçmələrinə icazə verilsin.
2. Buraxılış kursunda təhsil alan tələbələrin alt dərs və təkrar imtahanları 01-14. 06. 2020 tarixlərində keçirilməsi planlaşdırılsın.
3. Dövlət imtahanı ilə yekunlaşan attestasiyalarda tələbərin qiymətləndirilməsi təhsil aldığı müddətdəki ümuni orta müvəffəqiyyət göstəricisinə (ÜOMG) əsasən aparılsın.
4. Buraxılış işi yerinə yetirəcək tələbələrin müdafiələri bir qayda olaraq onlayn, müstəsna hallarda isə universitetdə ənənəvi şəkildə keçirilməsi təmin olunsun.
5. Mövcud şəraitdə tələbələrin buraxılış işlərinin yerinə yetirilməsindəki çətinlikləri nəzərə alaraq yalnız 2019/20-ci tədris ilində yerinə yetiriləcək buraxılış işlərinin həcmində və məzmununda müəyyən sadələşdirilməyə icazə verilsin. İşin əsas məzmunu saxlanılmaqla həcminin 30%-ə dək azaldılması məqbul hesab edilsin. Buraxılış işlərində yalnız ixtisas kafedrasına aid məzmun əsas hesab edilsin.
6. Buraxılış işi müdafiədən əvvəl kağız daşıyıcı və ya elektron formada, müdafiədən sonra isə hesabatın əlyazması və prezentasiyası (disk şəklində) qovluqda ixtisas kafedrasına təqdim olunsun. Yalnız bundan sonra qiymətləndirilmə aparılsın və yekun protokol tərtib olunsun. Buraxılış işinə verilən kənar rəylər daxili rəylərlə əvəz olunsun.
7. Magistratura səviyyəsində dissertasiya işlərinin müdafiəsi onlayn və yaxud ənənəvi qaydada təşkil edilsin.
8. Bakalavriat və magistratura səviyyələrində buraxılış işi və magistr dissertasiya işlərini birinci mərhələdə müdafiədə iştirak etməyənlərə sentyabr ayında müdafiə üçün şərait yaradılsın.
9. Qərarın icrasına nəzarət tədris işləri üzrə prorektor A.F.Qasımova tapşırılsın.