Tələbələrimiz əcnəbi dostları ilə onlayn görüşlər keçirir
AzMİU-nun Memarlıq fakültəsində oxuyan, italyan dili öyrənən tələbələri bu gün Zoom platforması vasitəsi ilə Ukraynanın İvan Franko Universiteti və Boris Grinchenko Universitetinin tələbələri ilə onlayn əlaqə qurublar. Onlayn əlaqə adıçəkilən universitetlərin italyan dili müəllimlərinin - Stefano Bonfili (AzMİU), Linda Giuntini (İvan Franko Universiteti) və Serena Gori (Borys Grinchenko Universiteti) təşkilatı və nəzarəti altında qurulub. COVİD-19 pandemiyası səbəbindən bütün dünyada yaranmış mövcud durumda, digər ölkələrə səyahət etmək mümkün olmayan dövrdə xarici tələbələrlə ünsiyyət qurmaq tələbələr üçün gözəl şans yaradıb. Tələbələr öz hobbiləri və asudə vaxtları haqqında italyan dilində söhbətləşiblər, maraqlı müzakirələr aparıblar. Görüş çox maraqlı olub, qarşılıqlı anlaşma şən və səmərəli mühitdə davam edib.