“İngilis dili öyrənməyin müasir metodları”adlı təlim keçirilib
Azərbaycan Memarlıq və İnşaat Unviersitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə “Gənc müəllimlər” məktəbinin 4-cü seminarı uğurla başa çatıb. Orxan Həsənov tərəfindən keçirilən seminarın mövzusunu “İngilis dili öyrənməyin müasir metodları” təşkil edib.
Seminarda təlimçi ingilis dili öyrənməyin əhəmiyyəti, eyni zamanda bu dili daha asan və yaddaqalan etmənin üsullarından danışıb. O.Həsənov dil öyrənərkən doğru bildiyimiz yanlışlar haqqında mühüm tövsiyyələrini seminar iştirakçıları ilə bölüşüb. Təlimin sonunda mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayan iştirakçılar O.Həsənovun moderatorluğu ilə yenidən belə bir seminarın təşkil olunmasını arzulayıblar.
17-05-2020