Gənc Müəllimlər məktəbinin üçüncü seminarı onlayn formada keçirilib
Mayın 8-də Azərbaycan Memarlıq və İnşaat Unviersitetinin (AzMİU) İxtisasartırma fakültəsinin dekanı, dosent Cəmilə İmaməliyevanın təşkilatçılığı ilə üçüncü dəfə Gənc Müəllimlər məktəbinin seminarı onlayn formada keçirilib. Bu seminar tanınmış psixoloq, Beynəlxalq dərəcəli Neyro Linqvistik Proqramlaşdırma (NLP) Master Treyner Babək Bayramov tərəfindən keçirilib. Psixoloq çıxışında müəllimlərimizə hər bir fərdin daim özünü inkişaf etdirməli olduğunu tövsiyyə edib. NLP-nin 40 ilə yaxın mövcudluğundan, insanların NLP ilə həyatlarını dəyişmək, daha uğurlu olmaq kimi imkanlarının olmasından söhbət açıb. Mütəxəssisin sözlərinə görə, NLP proqramı ilə nəticənin daha sürətlə alınması, dəqiqələr ərzində inancın dəyişdirilməsi, fobiyanın yox olması mümkündür. Həmçinin bu proqramın təlimi vasitəsi ilə zehni inkişafda yaranan üstünlüklərdən də söhbət açıb.
Treninq müəllimlərimizin onları maraqlandıran sualları ilə davam edib, qızğın müzakirələr aparılıb.