İTACA qrant layihəsi çərçivəsində onlayn görüş keçirilib


            Mayın 5-də AzMİU-nun tərəfdaşı olduğu “Azərbaycanda ekoloji xarakterli fövqəladə hallar üzrə 3-cü dövr yeni magistratura səviyyəsini dəstəkləyən İnnovativ təlim mərkəzi, / İTACA” adlı qrant layihəsi çərçivəsində tərəfdaşların onlayn görüşü keçirilib. Görüşdə qarşıda duran məsələlər və onların həlli yolları müzakirə edilib. Onlayn tədbirdə İtaliyanın La Sapienza Universitetinin professoru Luka Di Palma, İspaniyanın Qranada Universitetin professoru İsus Qonzales, Milli Erasmus+ ofisinin rəhbəri Pərviz Bağırov, eləcə də digər məsul şəxslər iştirak ediblər. Universitetimizi Ekologiya kafedrasının müdiri professor Fəqan Əliyev və Xarici əlaqələr şöbəsinin müdiri, eləcə də Ekologiya kafedrasının müəllimi Fərhad Əliyev təmsil edib.

            Xatırladaq ki, 2019-2022-ci illəri əhatə etməli olan İTACA layihəsi İtaliyanın La Sapienza Universitetinin koordinatorluğu,  Danimarkanın Aalotg Universiteti, İspaniyanın Qranada Universiteti, Yunanıstanın Patras Universiteti, Almaniyanın Argus Umweltbiotechnologie GmbH  şirkətinin, eləcə də Azərbaycanın 4 universiteti və 2 təşkilatı tərəfindən həyata keçirilən Avropa Birliyinin Erasmus+KA1 qrant layihəsidir. Layihə Xəzər dənizinin neft çıxarılan regionlarında durğun suların toplandığı və reabilatasiyası ilə məşğul olan xüsusi ixtisaslaşmış magistr kadrlarının hazırlanması, eyni zamanda bu sahədə analiz aparan və cirkabların təmizlənməsi texnologiyası ilə məşğul olan yeni treninq mərkəzinin yaradılması nəzərdə tutulur.

           Layihə çərçivəsində tərəfdaşların cari ilin mart ayında Bakıda keçirilməli olan ilkin tanışlıq görüşü mövcud pandemiya şəraiti və karantin rejiminin tətbiqi ilə əlaqədar təxirə salınmışdır.

06-05-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]