AzMİU-nun elekton kitabxanası [email protected] elektron poçt vasitəsi ilə tələbələrə yardım edir
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxana şöbəsi də universitetin bütün strukturları kimi yeni qaydalara uyğun olaraq onlayn rejimdə çalışır. Onlayn rejimdə işləyən kitabxana həm bakalavr, həm də magistratura səvyyələrində təhsil alan tələbələri dərslik və dərs vəsaitləri ilə təmin edir.
Şöbənin müdiri Aytən Rəhmanova müəllim və tələbələrlə [email protected] elektron poçt vasitəsi ilə mütəmadi əlaqə saxlayır, tələbələrin şöbəyə yönləndirilən sual və sorğuları maksimum şəkildə cavablandırılır. Onların lazımi dərslik, dərs vəsaitləri, mühazirələr, ümumimiyyətlə, universitetin elektron bazasında olan resurslarından səmərəli istifadəsinə şərait yaradılır.
23-04-2020