Onlayn iclasda AzMİU-nun beynəlxalq əlaqələri müzakirə olunub


     Koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq edilən  karantin rejiminin şərtlərinə uyğun olaraq ali və orta təhsil müəssisələrində tədris prosesi ilə yanaşı, bütövlükdə iş prosesi onlayn rejimə keçirilib.

     Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün strukturları da yeni qaydalara uyğun olaraq onlayn rejimdə çalışır.

     Bu gün universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva Xarici əlaqələr şöbəsi ilə birgə növbəti onlayn toplantısını keçirib.  Toplantıda universitetin beynəlxalq əlaqələrinin mövcud vəziyyəti, müxtəlif mübadilə proqramlarına qoşulan tələbələrimizin hazırki təhsil şəraiti, tərəfdaş universitet və qurumlarla əlaqələr müzakirə olunub. Eyni zamanda iclasda qarşıda duran problemlər və onların mümkün həlli yolları ətrafında da fikir mübadiləsi aparılıb.  Sonda N.Abdullayeva növbəti toplantıya qədər təklif və tapşırıqlarını verib.

22-04-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]