Milan Politexnik Universitetinin əməkdaşları ilə səmərəli virtual görüş keçirilib


     Aprelin 16-da Milan Politexnik Universitetinin əməkdaşları ilə səmərəli virtual və dəyərli görüş keçirilib. Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) strateji inkişaf üzrə prorektor Ülkər Səttarova təmsil edib. Qarşı tərəfdən isə  prof. Silvia Piardi, prof. Mauro Ceconello, Prof. Anne Hubert Eugenie Schoonbrodt və başqaları iştirak ediblər.  Koronovirusla əlaqədar  yaranmış  ikitərəfli problem və çətinliklərin aradan qaldırılması  həll yollarının tapılması müzakirə olunub. Bundan əlavə gələcək iş planları və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

     Biz ümid edirik ki, bu çətin və ağır günlər tezliklə arxada qalacaq, Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də münasibətlər davam edəcək, nümayəndələrimizin görüşləri təşkil olunacaqdır.

     Hörmətli Silvia Piardi və Mauro Ceconello, Sizi Azərbaycan Memarlıq və İnşaat Universitetində yaxın zamanda görməyimizə şad olarıq.

     Yaşasın İtaliya! Yaşasın Azərbaycan!

17-04-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]