AzMİU alimi Fransada keçirilən beynəlxalq konfransa dəvət alıb

          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ali riyaziyyat kafedrasının baş müəllimi, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Aynur Xudiyeva Fransada keçirilən 4-cü Beynəlxalq  Paris Sosial elmlər konfransına dəvət alıb. Gənc alimin konfransa göndərdiyi 2 məqaləsi qəbul olunub və beynəlxalq  konfransın materiallarına daxil edilib. Koronavirus epidemiyası səbəbindən mövcud vəziyyətlə əlaqədar A.Xudiyeva aprelin 23-25-də keçiriləcək konfransa online qatılacaq.  

          Məlumat üçün qeyd edək ki, hər iki məqalə xüsusi impakt-faktorlu jurnalda dərc ediləcək.

15-04-2020