Enactus AzUAC komandası fəaliyyətini onlayn davam etdirir
Ölkədə koronovirus pandemiyası ilə əlaqədar karantin rejimi olmasına baxmayaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Enactus AzUAC komandası yeni layihələr üzərində çalışır.
Universitetin Beynəlxalq proqramlara dəstək sektorunun müdiri İsa Muradovun rəhbərliyi ilə komanda üzvləri onlayn görüşlər təşkil edir, yeni ideyalarla bağlı araşdırmalar aparırlar. Bu müddətdə komandamız Enactus Azərbaycanın təşkil etdiyi kapitanlarla onlayn iclaslarda iştirak edib, layihələrə yeni tərəfdaşlar cəlb etmək üçün parrtnyorlarla danışıqlar aparıblar. Eyni zamanda Enactus AzUAC komandası bir müddət əvvəl ATGTI, BP və Enactus Azərbaycanın təşkilatçılığı ilə keçirilən Enactus Qış Məktəbi 2020-də iştirak edib. 3 günlük məktəbdə komanda üzvləri müxtəlif sahələrdə çalışan peşəkar şəxslərin təlimlərinə qatılıblar.