AzMİU-nun İnnovativ Biznes İnkubasiya Mərkəzinin əməkdaşları online treyninqlərə başlayıblar
Covid-19 koronavirus epidemiyası ilə əlaqədar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün stukturlarında iş prosesi onlayn rejimə keçib. Martın 26-dan etibarən universitetin İnnovativ Biznes İnkubasiya Mərkəzinin əməkdaşları online treyninqlərə başlayıblar.
Mərkəzin mütəxəssisləri biznes, startup layihələrinin və təqdimatlarının hazırlanması mövzusunda qrup və fərdi şkildə treyninqlər keçiriblər. Mərkəzdən aldığımız məlumata görə, treyninqlərdə iştrak edən tələbələrə həm şəxsi bacarıqlarını inkişaf etdirmək, həm də beynəlxalq Startup yarışmalarında iştraklarını təmin etmək üçün vacib tövsiyələr verilir. Kreativ startup layihələri olan fəal tələbələrimiz onlayn təlimlərdə maraqlı təşəbbüslərlə çıxış edirlər.