AzMİU rəhbərliyi onlayn idarəetməyə keçib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbərliyi koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə həyata keçirilən #evdəqal kampaniyasının şərtlərinə uyğun olaraq idarəetməni bütövlükdə online sistemə keçirib. AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova onlayn rejimdə universitetin prorektorları, dekan və struktur bölmə rəhbərləri ilə görüşüb, müvafiq tapşırıq və təlimatlarını verib.

Bu gün keçirilən onlayn iclasda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə bütün təhsil müəssisələrində tədris prosesinin müvəqqəti dayandırılmasından sonra yaranmış vəziyyət, karantin dövrü ərzində universitetdə tədrisin onlayn təşkili məsələsi müzakirə olunub. Hazırda 5000-ə yaxın bakalavr tələbənin onlayn dərslərə cəlb olunduğunu deyən rektor bu sayın daha da artırılmasını və bütün tələbələri əhatə etməsini arzulayıb. Eyni zamanda o, magistratura pilləsində də onlayn dərslərə start verilməsi ilə bağlı tapşırıqlar verib.

02-04-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]