Tələbələrimiz “Təmiz Şəhər” ASC-nin zavoduna ekskursiya ediblər


            Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya ixtisasında təhsil alan bir qrup III kurs tələbəsi “Təmiz Şəhər” ASC-nin Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının yandırlması zavoduna ekskursiya edib. Cəmiyyətlə AzMİU arasında imzalanmış fəaliyyət planına əsasən tələbələr semestrin ilk mövzusu olan “Bərk məişət tullantıları alternativ enerji mənbəyi kimi” mövzusunu praktiki olaraq zavodda keçiblər.

            Strateji Planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun rəhbərliyi ilə keçirilən ekskursiyada öncə təlimat və məlumat auditoriyasında tələbələr üçün zavodun yaradılmasını, fəaliyyət istiqamətini əks etdirən video çarx nümayiş olunub. Sonra tələbələr tullantıların çeşidlənməsi, yandırılması üçün nəzərdə tutulmuş əməliyyat otağında olub, tullantıların bütün mərhələlər üzrə idarəolunması prosessini izləyiblər. “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdiri Babayev Səbuhi onlara zavod və oradakı iş prinsipi haqqında ətraflı məlumat verib.

           Peşəkarlara onları maraqlandıran çoxsaylı suallar ünvanlayan tələbələr zavoddan maraqlı təəssüratlarla ayrılıblar.

28-02-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]