TƏLƏBƏLƏRİN DİQQƏTİNƏ!

     2 mart 2020-ci il tarixdə saat 12.00-da I saylı tədris binası, 3-cü mərtəbə, konfrans zalında Türkiyənin Yunus Emre İnstitutu tərəfindən məlumat günü təşkil olunacaq. İnstitutun nümayəndələri TYS imtahanları, türk dili kursları, yay məktəbləri ilə bağlı ətraflı məlumat verəcəklər.
     Tədbirin sonunda Mövlanə Mübadilə Proqramına müraciət edən tələbələrin sualları cavablandırılacaq.
Tədbirdə Türkiyənin mübadilə proqramlarında iştirak etmək və Türkiyə universitetlərində magistr təhsili almaq arzusunda olan tələbələrin iştirakı xüsusilə arzuolunandır.

28-02-2020