Elmi Şuranın iclası keçirilib


         Bu fün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın iclası keçirilib. İclasda universitet rektorluğunun 2019-cu ildə görülən işlər barədə hesabatı müzakirə olunub.

         AzMİU-nun rektoru, Elmi Şuranın sədri, professor Gülçöhrə Məmmədova iclası giriş sözü ilə açaraq bildirib ki, iclasın gündəliyinə AzMİU rektorluğunun 2019-cu ildə görülən işlər barədə hesabatı, baş mühasib Sarı Yusibovun Maliyyə hesabatı və cari məsələlər daxildir. Gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl rektor cari tədris ilində dünyasını dəyişən universitetin dosentləri Asif Kəngərli, Hikmət Hacıyev və Səadət Məmmədovanın bu gün aramızda olmamasından təəssüflənib, hər üçünə Allahdan rəhmət diləyib, müəllimlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

         Rektor 2019-cu ildə universitetdə görülən işlər barədə geniş hesabatla çıxış edib, qarşıda duran hədəflərə toxunub, universitetdə həyata keçirilən növbəti struktur islahatları barədə məlumat verib. G.Məmmədova AzMİU-nun 2019-cu ildə əldə etdiyi böyük uğurlarını – nüfuzlu universitetlərlə ikili diplom müqavilələri imzalandığını, Memarlıq fakültəsinin RİBA-nın akkreditasiyasından keçdiyini, Milan Politexnik universiteti ilə əlaqələrin genişləndiyini və digər məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

         Rektorun geniş çıxışından sonra baş mühasib Sarı Yusibovun Maliyyə hesabatı dinlənilib.

           Elmi Şura cari məsələlərin müzakirəsi ilə sona çatıb.

21-02-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]