Tələbə və müəllimlərin diqqətinə!

   Tələbə və müəllimlərin diqqətinə:

   2020-2021-ci tədris ili üçün Türkiyənin Mövlanə Mübadilə Proqramı çərçivəsində sənəd qəbulu elan olunur.

   Proqramla bağlı ətraflı məlumatı, universitetlərin siyahısını AzMİU-nun rəsmi saytından, Xarici əlaqələr şöbəsinin facebook səhifəsindən və Xarici əlaqələr şöbəsinə (əsas bina, otaq 414) yaxınlaşaraq əldə edə bilərsiniz.

   Sənəd qəbulu mart ayına qədər davam edəcək (Universitetə görə sənəd qəbulunun tarixi dəyişir).

   Tələbələr üçün tələb olunan şərtlər:

  • Tələbə AzMİU-nun I, II və III kurs bakalavr/ I kurs magistr tələbəsi və ya doktorantı olmalıdır;
  • Bakalavr tələbələrinin ümumi akademik orta balı 4 üzərindən ən azı 2.5;
  • magistr və doktorantların  ümumi akademik orta balı 4 üzərindən ən azı 3 olmalıdır.

   Təqaüd qazanan tələbələr 1 semestr (4 ay) seçdiyi Türkiyə universitetində təhsil alacaq, aylıq 1300 TL təqaüd veriləcək.

Tələbə və müəllimlərin diqqətinə!

20-02-2020