AzMİU-da imtahan sessiyası artıq yekunlaşmaq üzrədir


     Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yanvarın 7-dən start verilən 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası artıq yekunlaşmaq üzrədir.  Bütün fakültələri əhatə edən imtahanlarda bu günə qədər  bakalavr səviyyəsi üzrə yazılı 528 qrup üzrə 14502 tələbə, test imtahanlarında isə 884 qrup üzrə 22169 tələbə imtahan verib. Magistr səviyyəsi üzrə yazılı 261 qrup üzrə 1341 tələbə, test imtahanlarında isə131 qrup üzrə  941 tələbə imtahanlarda iştirak edib.
     AzMİU-nun nəzdində yerləşən İnşaat Kollecində isə  53 qrup üzrə 296 imtahan keçirilib. Onlardan  207 (70%) imtahan test, 50 (17%) imtahan yazılı, , 39 (13%) imtahan qabiliyyət tələb edən fənnlərdən olub.  
     Bu günə qədər isə imtahanlarda daxili nizam-intizam qaydalarını pozan 116 tələbə imtahanlardan xaric edilib. Onların işləri müəllim- koordinatorlar tərəfindən yerindəcə ləğv edilərək, aktlaşdırılıb. 
      Məlumat üçün qeyd edək ki, AzMİU-da imtahanlar bir qayda olaraq yazılı və test formasında aparılır, bəzi qabiliyyət tələb edən fənlərdən (Memarlıq fakültəsində) isə qiymətləndirilmə keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə universitetdə Appelyasiya Komissiyası fəaliyyət göstərir. İmtahanların gedişində obyektivlik və şəffaflıq məqsədi ilə universitet üzrə “Qaynar xətt” yaradılıb, bütün tədris binalarında müraciət və təkliflər qutuları asılıb. Bütün bunlarla yanaşı, universitetin rektoru şəxsən özü imtahan prosesini müşahidə edir, tələbələrin onlayn qaydada etdikləri müraciətlərə baxır və müvafiq tapşırıqlarını verir. 
       Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə yaradılmış İmtahan Qərargahından aldığımız məlumata görə, bu günə qədər qərargaha heç bir müraciət daxil olmayıb. 
      Onu da qeyd edək ki,   2020-ci il yanvarın 7-dən fevralın 4-dək keçiriləcək sessiya imtahanlarında  müəyyən səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla 2020-ci il fevral ayının 10-dan 16-dək həmin fənlərdən imtahan verə biləcəklər.
 

28-01-2020
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]