Heydər Əliyev Muzeyində Ulu öndərin xatirəsi anılıb


          Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində yerləşən Heydər Əliyev muzeyində Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyevinin əziz xatirəsi anılıb. 
        Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə gerçəkləşən və  Tikinti-iqtisad fakültəsinin  tələbələrinin qatıldığı  tədbirdə  ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. THİK-in sədr müavini Şahmar Rəfili Ulu öndərin həyatı, siyasi fəaliyyəti, dövlət quruculuğu sahəsində gördüyü mühüm işlər barədə tələbələrə ətraflı məlumat verib. O, görkəmli dövlət xadiminin fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqının  öz xilaskarını heç zaman unutmadığını, daim onu ehtiramla yad etdiyini söyləyib. 
         Tədbirdə o da vurğulanıb ki, Ulu öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.   
       Sonda Muzeyin direktoru Gülmira Məmmədova tələbələri muzey və onun  fəaliyyəti barədə məlumatlandırıb. O, tələbələri ulu öndərin rəhbərliyi altında ərsəyə gələn respublika əhəmiyyətli böyük  layihələrlərin yer aldığı stendlərlə  tanış edib.  


 

11-12-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]