Enactus AzMİU komandası I Gənc Sahibkarlar Forumunda iştirak edib

      Dekabrın 10-da Bakı Konqres Mərkəzində I Gənc Sahibkarlar Forumu keçirilib. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Gənclər Fondunun və KOBİA yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə dövlət qurumlarının, gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və sahibkarlıq fəaliyyəti ilə məşğul olan, həmçinin bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.  
      Gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların bu sahədə fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunmuş forumda gənclərin sahibkarlıq fəaliyyətinə marağı, biznes fəaliyyətinə başlanmasına dair məsələlər, gənclərin yaradıcı təşəbbüslərinin və layihələrinin reallaşdırılması müzakirə edilib, onları maraqlandıran suallar cavablandırılıb.
       Bu tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Beynəlxalq Proqramlar sektorunun müdiri İsa Muradov və Enactus AzMİU komandası qatılıb.  Komanda üzvləri sahibkarlıq ilə bağlı yerli ekspertlərə çoxsaylı suallar ünvanlayıb, onlarla fikir mübadiləsi aparıb.  
 

11-12-2019