Tələbələrimiz bələdiyyə seçkiləri ilə bağlı maarifləndirilib


        Dekabrın 5-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialının əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində  ilk dəfə səs verəcək tələbələr üçün maarifləndirici seminar təşkil olunub. 

        Seminarın keçirilməsində əsas məqsəd aktiv seçki hüququna malik vətəndaşların maarifləndirilməsi yolu ilə onların seçkilər barədə biliklərinin genişləndirilməsi, bu yolla seçki hüquq mədəniyyətinin yüksəldilməsi, seçkilərin müşahidə edilməsi barədə maarifləndirməkdir.

          Seminarda yerli müşahidənin aparılmasının prinsipləri, müşahidəçilərin hüquq və vəzifələri, müşahidə aparılması qaydaları və digər məsələlərlə bağlı dinləyicilərə məlumat verilib, dinləyicilərin sualları cavablandırılıb. Seminarın sonunda  tələbələrə  MDB PAA DİMBİ Bakı filialının hazırladığı yaddaş kitabçaları paylanılıb.

06-12-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]