AzMİU-da ST və MKS fakültəsinə həsr olunmuş kitab sərgisi açılıb
Noyabrın 28-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elektron kitabxanasında Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinə həsr edilmiş kitab sərgisi açılıb.
Sərginin açılışında fakültənin dekanlığı, professor-müəllim heyəti və tələbə kollektivi iştirak ediblər. Sərgidə ümumilikdə 100-dən çox kitab nümayiş olunur. Onların arasında nəfis tərtibatda, rəngli illüstrasiyalarla çap edilmiş “Meliorasiya: Şorlaşmış torpaqların diaqnostikası və təsnifatı”, “Sahilqoruyan hidrotexniki qurğular”, “Su ilə isitmə sistemləri və hidravlika”, “Neft yığılan, nəqledən mühəndis qurğuları və avadanlıqları”, “Hidravlika və hidravliki qurğular” kimi dərs vəsaitləri diqqəti daha çox cəlb edib. Bu dərsliklərin əksəriyyəti 2019-cu ildə çapdan çıxıb.
Kitab sərgisinə ən çox tələbələr maraq göstərib.