Məşhur italyan dizayner Giulio Vinaccia AzMİU-da mühazirə oxuyub


    İtaliyanın "sosial dizayn yönümlü" layihələrdə məhşur mütəxəssislərindən biri hesab olunan Giulio Vinaccia AzMİU-nun qonağı olub. AzMİU-nun Memarlıq korpusunda yerləşən İtaliya-Dizayn mərkəzində gerçəkləşən görüşdə Giulio Vinaccia “ Design as a tool of tourustuc development” ( Dizayn turistik inkişaf vasitəsi kimi) adlı mühazirə ilə çıxış edib. 
    Memarlıq  fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələri üçün nəzərdə tutulan  mühazirə prezentasiya şəklində təqdim olunub, tələbə-müəllim heyəti tərəfindən maraqla qarşılanıb.
    Məlumat üçün qeyd edək ki, G.Vinaccia  Dövlət Turizm Agentliyinin dəvəti ilə yeni turist produktlarının, ənənəvi sənətkarlıq nümunələrinin və suvenirlərin yeni dizaynla işlənməsi layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Giulio, AzMİU-nun  tələbələri ilə də müxtəlif istiqamətlərdə işlərin aparılmasını planlaşdırır.

 

26-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]