AzMİU-da 3 gün davam edən "Liderlik" təlimi bu gün yekunlaşıb

         Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə aktual məsələləri özündə cəmləşdirən "Liderlik" təlimi bu gün yekunlaşıb. 
         3 gün davam edən təlimdə telejurnalist İradə İsak, Yükdaşıma şirkətinin rəsmisi Ruslan İmamquluyev, hepatoloq-qastroenteroloq Nazlı Qasımova tələbələrə liderlik bacarıqlarını aşılamağa çalışıblar.
         Təlimin ilk günündə əsas mövzu multikultural dəyərlər, nitq mədəniyyəti olmaqla tələbələrə nitqin səlisliyi, düzgünlüyü  istiqamətində əməl olunmalı qaydalar izah edilib. Təlimin ikinci günündə uğurlu iş həyatından bəhs edilib. Tələbələrə sahib olduqları ixtisas və gələcəkdə sahib olacaqları peşə yönümündə uğur əldə etməyin sirlərindən danışılıb. Təlimin son günündə isə sağlamlıq mövzusu aktual olub. Hepatoloq N.Qasımova tələbələrə düzgün qidalanmanın önəmindən, sanitar-gigiyenik qaydalara  düzgün əməl olunması yollarından söhbət açıb.
          Bütün təlimçilər tələbələrin maraqlandığı  mövzulara toxunaraq onların suallarını cavablandırıblar. Təlimdə iştirak edən tələbələrin hər biri təlimin son günündə sertifikatlarla təltif olunublar.
 

19-11-2019