AzMİU-nun nümayəndələri beynəlxalq festivalda iştirak edib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekan müavini Mansur Zərbəliyev 14-17 noyabr tarixlərində Özbəkistanda keçirilən 9-cu Beynəlxalq Festivalda iştirak edib. Festivalda müxtəlif ölkələrin universitetlərinin nümayəndələri tərəfindən tələbə və məzunların buraxılış işləri, magistr dissertasiya işləri nümayiş etdirilib.
Məlumat üçün qeyd edək ki, festivalda Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Macarıstan, Qazaxıstan, ABŞ, Cənubi Koreya və s. ölkələrdən gələn nümayəndə heyətləri də iştirak edib. Festivala ümumilikdə 100-ə yaxın universitetdən müəllim və tələbələr qatılıb. Festival noyabrın 14-15-i Daşkənddə, noyabrın 16-sı Səmərqənddə, noyabrın 17-də Buxarada öz işini davam etdirib. 18 noyabrda Daşkənddə festivalın bağlanış mərasimi keçirilib. Sonda nümayiş etdirilmiş ən yaxşı buraxılış və magistr işlərinin qalibləri müxtəlif ölkələrdən olan ekspertlər tərəfindən müəyyən edilərək mükafatlandırılıb.