AzMİU-nun dekanları Beynəlxalq akademiyanın üzvü seçiliblər


     Azərbaycan Memrlıq və İnşaat Universitetinin (AzMİU) iki dekanı Rusiyanın Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Akademiyasının üzvü seçilib. 
     Sözügedən akademiyanın Rəyasət Heyətinin üzvü, akademik Gennadiy Rodin bu gün AzMİU-da keçirilən beynəlxalq konfransda İnşaat-texnologiya fakültəsinin dekanı Tahirə Haqverdiyeva və Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı Zakir Musayevə diplom və döş nişanlarını təqdim edib.


 

06-11-2019
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]